İyunun 16-da Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobilinin yol kənarındakı dərəyə düşməsi nəticəsində iki Azərbaycan sərhədçisi ölüb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, həlak olanlar baş leytenant Elməddin Nəsibov və gizir Kamal Kamallıdır.
Mənbənin məlumatına görə, hadisə Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində, hərbi qulluqçular sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə qayıdarkən baş verib.