Arstax Respublikasının Ombudsmanı Geğam Stepanyan qeyd etdi ki, 1992-ci ilin yayında Azərbaycan qoşunlarının hücumları səbəbiylə Dağlıq Qarabağ Respublikasının Şahumyan rayonun 20 mindən çox erməni evlərini tərk etmək, hər şeyi itirmək, yoxsulluq, işsizlik və inteqrasiya ilə bağlı bir çox problemlə qarşılaşmaq məcburiyyətində qaldılar.
“Şahumyan rayonundakı ermənilərə qarşı törədilmiş əməliyyatlar etnik təmizləmənin əsl nümunəsi idi və Azərbaycan hakimiyyəti məsuliyyətə cəlb olunmayıb. Azərbaycanın lideri o zaman deyib ki, “əgər ilin oktyabr ayında qədər (1992-ci il) Qarabağ bir erməni qalsa da, Azərbaycan xalqı məni Bakının mərkəzi meydanında asa bilər”.
Erməni əhalisinin milliyət, din və etnik mənsubiyyətə görə bu rayondan çıxartması beynəlxalq ictimaiyyət tərəfindən dəqiq qiymətləndirilmədi. Bu gün də 2020-ci ilin payızında Azərbaycanın Artsax xalqına qarşı törətdiyi təcavüz səbəbiylə Artsaxın 40.000 sakini evsiz qalanda, beynəlxalq təşkilatlar laqeyd yanaşma göstərirlər”,- deyə Geğam Stepanyan yazdı.
O bildirdi ki, bu laqeydlik qınanmalıdır. Beynəlxalq ictimaiyyət dəqiq mövqe göstərməlidir və Artsax xalqına qarşı törədilmiş cinayətlərə hüquqi və siyasi qiymət vermək, sosial-iqtisadi təzminatla bağlı daha çox iş görmək üçün addımlar atmalıdır.