Bir neçə saat sonra Rusiya və ABŞ prezidentləri arasında çoxdan gözlənilən görüş İsveçrədəki “Les Granges” qalasında başlayacaq. Xüsusi danışıqdan bir saat sonra Vladimir Putin və Co Baydenin geniş tərkiblə danışıqları olacaq, sonra da görüşün ikinci mərhələsi başlayacaq.
Görüş qapalı olacaqdır. Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla regional məsələləri müzakirə edəcəklər
Təhlilçilərin proqnozlarına əsasən, görüş nəticəsində iki ölkə arasındakı gərgin münasibətlərdə ciddi irəliləyiş qeydə alınmayacaq, amma bu görüşün keçirilməsi də müsbət bir hal sayıla bilər.