Cenevrədə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Baydenin görüşü başlayıb. Görüşdə Rusiya Xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken də iştirak edir.
ABŞ və Rusiya prezidentləri İsveçrə prezidenti ilə xatirə şəkli çəkdirdilər.
4-5 saatlıq, formatların dəyişiklikləri ilə danışıqlar nəzərdə tutulur. Danışıqlar əvvəlcə dar formatda, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə aparılacaq.