ER Xarici İşlər Nazirliyi, Türkiyə və Azərbaycan prezidentlərinin Artsaxın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar açıqlama yaydı.
“Regional sülh və təhlükəsizliyə qarşı açıq bir təxribat olaraq, iyunun 15-də Türkiyə və Azərbaycan prezidentlərinin hazırda Azərbaycanın işğalı altında olan erməni tarixi və mədəni mərkəzi Şuşi şəhərinə səfərini qətiyyətlə pisləyirik.
Diqqətəlayiqdir ki, bu səfərdən əvvəl məcburi şəkildə köçürülmüş erməni əhalisinin dini, tarixi və mədəni irsi dağıdılmışdır, Türkiye və Azərbaycan qüvvələrinin Artsaxa qarşı apardığı müharibə zamanı və ondan sonra Şuşinin Qazançetsots ana məbədi təhqir olunmuşdur, Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidə tamamilə məhv edilmişdir.
Türkiyə və Azərbaycan hakimiyyətləri tərəfindən həyata keçirilən oxşar tipli əməllər, hansılar ki, Artsax xalqına qarşı güc tətbiq etməsinin nəticələrini gücləndirməyə yönəlmişdir, regionda sabitliyin bərpası istiqamətində beynəlxalq səylərə ziddir və tamamilə qəbuledilməzdir.
Erməni xalqına qarşı Türkiye-Azərbaycan soyqırımı təhdidinin neytrallaşdırılması üçün Artsax ermənilərinin hüquqları bərpa olunmalıdır, Artsax Respublikasının işğal olunmuş əraziləri azad olunmalı və o ərazilərdən didərgin salınmış əhali təhlükəsiz şəkildə geri qaytarılmalıdır.
Bu təxribat xarakterli hərəkətlər rəsmi Ankara və Bakının Ermənistan və ermənilərlə münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarının saxta olduğunu göstərir.
Bir daha vurğulayırıq ki, Türkiyə və Azərbaycanın Artsaxa qarşı son təcavüzünün nəticələrinin aradan qaldırılması ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli çərçivəsində həyata keçirilməlidir”,-XİN bəyanatında qeyd olunur.