Kremldən verilən məlumata əsasən, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden görüşünün gündəmində Dağlıq Qarabağ, Ukrayna, Belarusiya, Suriya, Liviya, Əfqanıstan və Aleksey Navalni ilə bağlı məsələlər olacaqdır.
Ölkə başçıları həmçinin strateji sabitlik, pandemiya, kibercinayətkarlığa qarşı mübarizəni, iqtisadi sahədəki əməkdaşlığı, İqlim dəyişikliyi və Arktika problemləri müzakirə edəcəklər.
Xatırladaq ki, Putin-Bayden görüşü iyunun 16-da Cenevrədə olacaqdır.