Artsax Respublikası Parlamentinin fraksiyaları, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşiyə səfəri ilə əlaqədar bəyanat yayıb.
"1915 qərbdəki ermənilərin soyqırımı və erməni xalqının tarixi ərazisinin işğalından sonra, Türkiyə son yüz ildə şəqdəki ermənilərə eyni şeyi etməyə çalışır.
Erməni xalqının mütəşəkkil mübarizəsi nəticəsində erməniləri öldürən həmin proqramlar həmişə uğursuz olub.
2020-ci il sentyabrın 27-də əlverişli beynəlxalq və regional şəraitdən istifadə edən Türkiyə və Azərbaycan, beynəlxalq terror qruplaşmalarının iştirakı ilə Artsax Respublikasına xaincəsinə hücum edərək, hərbi əməliyyatlar zamanı yenidən erməniləri soyqırıma cəhd etdilər.
Erməni əhalisinin tarixi yurdundan zorla köçürülməsi səbəbindən minlərlə insan vətənindən məhrum edildi, məhv edildi, yüzlərlə milli-xristian abidəsi təhqir edildi.
İşğal olunmuş ərazilərinə, xüsusən də vaxtilə çiçəklənən paytaxtı Şuşiyə Ərdoğanın dəvətsiz səfərini təhdid və güc göstərmmək cəhdi kimi qiymətləndiririk. Müharibədən sonrakı dövrdə erməni xalqına yeni psixoloji və mənəvi təzyiqlərin göstərilməsini nəzərdə tutan "qənamətlər parkı"nın Bakıda açılmasının davamıdır.
Ərdoğanın təxribatçı hərəkəti Rusiyanın bölgədəki sülhməramlı fəaliyyətini əngəlləmək cəhdi, kövrək sabitliyə zərbə vurmaq üçün şeytani plandır.
Türkiyə prezidentinin belə addımı təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də Rusiya və İran üçün yeni bir çağırışdır.
Türkiyənin yeni təhlükələrlə dolu təcavüzkar istəklərini cilovlamaq üçün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupu həmsədrlərinə, xüsusən Rusiyaya müraciət edirik.
Bütün ermənilər bu çətin günlərdə bu yeni çağırışlarla qarşılaşmalıdırlar"- deyə Artsax Respublikasının Parlamentinin fraksiyalarının bəyanatında deyilir.