Sülhməramlıların nəzarətində olan Dağlıq Qarabağ ərazisində Türk hərbi bazası olmayacaqdır. Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağın yenidən qurulması ilə bağlı Azərbaycanla imzaladığı razılaşma orada türk hərbi bazalarının inşası anlamına gəlmir.
Zatulin hesab edir ki, razılaşmanın icrası münaqişənin yeni alovlanmasına gətirib çıxara bilər.
Zarulin daha əvvəl Şuşidə bu razılaşmanın imzalanmasına toxunurkən bildirmişdir ki, bu şəhər Dağlıq Qarabağın paytaxtı Stepanakertə çox yaxındır və bu daha çox nümayiş üçündür.
“Azərbaycanla Türkiyə arasında imzalanan bu cür razılaşmalar Dağlıq Qarabağın statusunun həll olunmamış qalmasına məhəl qoymur. Artsaxın erməni əhalisinin rəyi olmadan Ərdoğan və Əliyev Dağlıq Qarabağla bağlı hansı qərarı versələr də, bu natamam olacaqdır”,-Zatulin vurğulayıb.
O həmçinin qeyd edib ki, Azərbaycan ərazisində türk hərbi bazaların yerləşdirilməsi mümkündür, amma rus sülhməramlıların nəzarətində olan DQ ərazisində heç bir türk bazası ola bilməz.