Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məsuliyyət dairələrində sərhəd xəttində atəşkəs rejiminə riayət edilməsinə nəzarət vəzifələrini yerinə yetirirlər, həm də nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin edirlər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya sülhməramlı kontingentinin hərbçiləri planlı hərbi hazırlıq təlimləri keçiriblər. Müşahidə postunun təhlükəsizlik təlimi zamanı sülhməramlılar təxribat xarakterli hərəkətlərin qarşısının alınmasını, növbətçi hissələrin və yanğınsöndürmə qruplarının iştirakı ilə müşahidə postuna hücumun dəf edilməsini hazırlayıb.
Siqnal aldıqları anda, sülhməramlılar qısa müddətdə əvvəlcədən təchiz olunmuş mövqələrdə müdafiəyə keçib. Mövqe müdafiəsini gücləndirmək üçün BTR-82A zirehli texnikalarının növbətçi bölmələri qoşulub. Təlim planına görə, zirehli texnikalardan biri sıradan çıxaraq alovlanıb. Yanğını söndürmək üçün hadisə yerinə bir xilasetmə briqadası gəlib.
Öz növbəsində rus hərbi həkimləri şərti olaraq yaralanan hərbçiyə ilk tibbi yardım və evakuasiya üçün standartlar hazırlayıblar.