Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq 15 erməni əsirin sərbəst buraxılmasını və Ermənistan tərəfindən mina xəritələrinin Azərbaycana verilməsini alqışladı.
“Bu, gərginliyin azaldılmasına və Qafqazda sülhün bərqərar olması üçün tərəflər arasında inamın bərpa olunmasına yönəlmiş əhəmiyyətli bir addımdır”,-Fransa XİN-in bəyanatında deyilir.
Fransa tərəfləri atəşkəsə riayət etməyə davam etməyə, 9 noyabr 2020-ci il tarixində əldə edilmiş razılaşmalarda göstərilən öhdəliklərin yerinə yetirilməsinə, xüsusən də bütün əsirlərin sərbəst buraxılmasına çağırır. Fransa, Minsk qrupu həmsədrləri ilə birlikdə bu məsələnin həllinə kömək etmək üçün tərəflərlə çalışmağa davam edir.