İran İslam Respublikası prezidentinin birinci müavini Eshaq Cahangiri AİB-İran münasibətlərinin son statusu ilə bağlı iclasda deyib: “Avrasiya İqtisadi Birliyi ilə sərbəst ticarət İran iqtisadiyyatı üçün yaxşı bir fürsətdir”. Məlumatı İRNA xəbər agentliyi yayıb.
Cahangiri Sənaye, Mədənlər və Ticarət Nazirliyini və digər əlaqədar idarələri İranın AİB ilə razılaşmasının yekunlaşması üçün vaxt cədvəli təyin etməyə və bu məsələni bütün ciddiyyətlə davam etdirməyə çağırdı. Vitse-prezident əlavə etdi "İran-AİB arasındakı sərbəst ticarət ölkənin məhsulları üçün geniş bir bazar təmin edir"
İran və Avrasiya İqtisadi Birliyi arasında sərbəst ticarət zonasının yaradılması barədə müvəqqəti razılaşma, İran-AİB-in iki illik danışıqlarından sonra imzalanıb, 7 ay sonra da qüvvəyə minib. AİB-ə üzv olan beş ölkə Rusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Belarusiyadır.
Tərəflər arasında aparılan müvafiq danışıqlar nəticəsində razılaşmanın üç ildə sərbəst ticarət müqaviləsinə çevrilməsi planlaşdırılır.