Artsax Respublikasının Dövlət naziri Artak Beglaryan iyunun 14-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Dağlıq Qarabağdakı missiyasının nümayəndə heyətini qəbul etdi.
Dövlət naziri Artsaxda humanitar layihələrin həyata keçirilməsində qurumun aktiv səylərini yüksək qiymətləndirərək müharibədən sonra ortaya çıxan problemlərin səmərəli həlli istiqamətində Artsax hökuməti və BQXK missiyanın işinə əhəmiyyət verib. Beglaryan əlavə resurslar cəlb etmə zərurətini də vacib sayıb.
BQXK Dağlıq Qarabağdakı missiyasının sədri Vertran Lamon son aylarda Artsaxda həyata keçirilmiş və prosesdə olan layihələri təqdim edib.
Hər iki tərəf həssas qrupların sosial-iqtisadi inkişafı, səhiyyə, təhsil almaq və digər həyati məsələlərin dəstəklənməsi istiqamətində əməkdaşlığı daha da dərinləşdirməyə əhəmiyyət verib.