2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçular və digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayır.
İddialara görə, 2017-ci ildə onlarla, bəzilərinə görə isə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlardan vətənə xəyanət etmələrini və Ermənistana məlumat ötürmələrini və ya məlumat ötürənlərinin adlarını verməkləri istənilib.
Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq "Tərtər işi" adı verilib.
BBC yazır ki, Azərbaycan hakimiyyəti rəsmilərə qarşı irəli sürülən ittihamları şərh etmir və keçmişi qazmamağa çağırır. Hüquq müdafiəçiləri isə işgəncə praktikasının aradan qaldırılmadığını iddia edirlər.
İndiyədək hüquq müdafiəçiləri yerli məhkəmələr tərəfindən işgəncə qurbanı kimi tanınan 100-dən çox hərbi zabit haqqında məlumat əldə etdilər. Onlardan 11-i işgəncə nəticəsində öldü. Bu 100-ə əlavə olaraq, daha 24 nəfər dövlətə xəyanətə görə 12-20 il həbs cəzasına məhkum edildi. Hüquq müdafiəçiləri etirafların işgəncə zamanı “alındığına” əmindir. İşqəncələrə məruz qalan 12-i nəfər 3,5-10 il həbs cəzasına məhkum edildi.
Cari ilin aprel ayında işgəncə ilə əlaqədar işlər Apelyasiya Məhkəməsinə qaytarıldı. Ölmüş 10 nəfərin işi isə bu ilin aprelində AİHM-ə çatdı.
Hüquq müdafiəçiləri yeni məhkəmə prosesi keçirməyə və xəyanətə görə məhkum olunanları əfv etməyə çağırırlar.
Politoloqların fikrincə, Azərbaycan hakimiyyətinin “Tərtər işi”-nə marağı güc strukturlar arasındakı daxili siyasi mübarizə ilə əlaqədardır. Hüquq müdafiəçisi Leyla Yunus istisna etmir ki, prezident İlham Əliyev güc strukturlarından bəzi qrupları aradan qaldırmaq üçün “Tərtər işi”-ndən istifadə etmək istəyir. “Düşünürəm ki, hamının “Tərtər işi” barədə danışmağa başlamasının səbəbi budur. 2017-ci ildə bu barədə danışmağa başladığımızda hamı səssizdi”.
Son aylarda Azərbaycan KİV-ləri bu vahşiliklər barədə daha çox yazır. YouTube-də daha çox videolar yayılır, yeri mətbuat bu hadisələrlə bağlı yeni məlumatlar yayır, amma bunlar sadəcə hakimiyyət mövqelərini müdafiə edirlər.
Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsinin nümayəndələri 2004-cü ildən 6 dəfə Azərbaycana səfər etdilər. 2018-ci ildə Komitə bildirib ki, Azərbaycanda polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən işgəncə və pis rəftarın göstərilməsi sistemli və geniş yayılmışdır.