ATƏT-in fəaliyyətdə olan sədri Ann Lind tviter mikrobloqunda 15 erməni əslərin vətənə qayıtmasını alqışladı.
“15 erməni əsirlərin Ermənistana qayıtmasını və minaların təmizlənməsinə kömək edəcək məlumatların Azərbaycana verilməsini alqışlayırıq. Etimadın artırılması üçün bu tədbirlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqların davam etdirilməsi üçün uyğun atmosfer yaratmağa kömək edəcək.
Bu vacib addımlar tərəfləri dialoqa, sabitliyə və hərtərəfli nizamlanmasına yaxınlaşdıracaq”,- deyə Lind yazdı.
O Gürcüstan və ABŞ hökumətlərinə gördüyü işlərə görə təşəkkür etdi.
"Bu inkişaflar Cənubi Qafqazda regional əməkdaşlıq üçün həyati addımdır",- deyə o vurğuladı.
ATƏT-in sədri Ermənistanı və Azərbaycanı əsirlikdə olan şəxsləri azadlığa etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında yüksək səviyyəli danışıqları bərpa etməyə çağırdı.