ER baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya Günü münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Rusiya Günü münasibətilə Sizi və qardaş Rusiya xalqını ürəkdən təbrik edirəm.
Rusiyanın müasir tarixində, 12 iyun ölkənin siyasi və iqtisadi sahəsindəki əsaslı dəyişiklikləri, beynəlxalq aləmdə Rusiyanın rolunun və yerinin daha da güclənməsini təcəssüm etdirir.
Bu gün Ermənistan və Rusiya xalqlarımızın çoxəsrlik dostluğunun təməlində çoxşaxəli əməkdaşlıq qurma səyinə əsaslanan Ermənistan-Rusiya müttəfiqlik münasibətlərini ardıcıl inkişaf etdirirlər.
Əminəm ki, Ermənistan-Rusiya dövlətlərarası münasibətləri dövlətlərimizin maraqları, regional sabitlik və təhlükəsizlik naminə müttəfiq əməkdaşlıq kimi inkişaf edəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə sizə can sağlığı və məsul vəzifənizdə yeni uğurlar, Rusiya xalqına isə xoşbəxtlik və firavanlıq arzu edirəm"․