Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Rusiya Günü münasibətilə təbrik mesajı ünvalayıb.
Arayik Harutyunyan qeyd etdi ki, qardaş Rusiya xalqı bu gün dövlət bayramı - Rusiya Günü qeyd edir.
“Dost ölkəmizi yaddaqalan bu bayram münasibətilə təbrik edirik. Bu bayram əsrlik tarixin yeni mərhələsini, dönüş hadisələrin, köklü islahatların başlanğıcı olub. Bu, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, dövlətin daha da inkişafına və möhkəmlənməsinə yönlənib.
Əsrlər boyu iki xalqımız ortaq tarixi, mədəni, mənəvi və ortaq dəyərlərə əsaslanmış möhkəm və isti əlaqələrə sahib idilər. Əsrlər boyu, geopolitik sarsıntılar arasında olan Artsax, burada sülhün və sabitliyin qorunmasında həmişə Rusiyanın bölgəmizdəki əvəzsiz yeri və roluna əhəmiyyət verib.
Bu gün də Artsaxın təhlükəsizliyini bizimlə birlikdə Rusiya Federasiyasının sülhməramlı kontingenti təmin edir. Biz onlara çox minnətdarıq. Rusiya Prezidenti Vladimir Putinə, Azərbaycan-Qarabağ münaqişəsinin həllinə göstərdiyi şəxsi səylərinə və danılmaz töhfəsinə görə təşəkkür edirik.
Artsax Respublikası xalqı, səlahiyyətliləri və şəxsən öz adımdan qardaşlarımızı bu bayram münasibətilə bir daha təbrik edirəm, rus xalqına, milyonlarla ermənilər üçün vətənə çevrilmiş Rusiya Federasiyasına sülh və firavanlıq arzu edirəm”,- deyə Arayik Harutyunyan yazdı.