Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Fransanın Rusiyadakı səfiri Pier Levini qəbul etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Dağlıq Qarabağ məsələsinin həlli ətrafında yaranmış vəziyyət, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin işi çərçivəsində, MDB məkanındakı digər aktual məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.