Fransa prezidenti Emanuel Makron, NATO sammiti ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Artsax, Suriya və Liviyadakı vəziyyəti müzakirə edəcəkdir. Bu barədə Makron cümə axşamı Parisdə mətbuat konfransı zamanı bildirib.
Şimali Atlantika İttifaqı liderlərinin görüşünün 14 iyunda Brüsseldə keçirilməsi planlaşdırılır. Makron həm də bildirib ki, NATO-dakı əməkdaşlıq və müttəfiq münasibətlərindəki davranış qaydalarını müzakirə etmək istəyir. Fransa lideri Ərdoğanla fikir ayrılıqları olsa belə, məsələlərin üz-üzə müzakirə edilməli olduğunu vurğulayıb.