Ermənistan Respublikasının Praqadakı səfirliyi 10 iyun 2021-ci ildə Çex Parlamentinin erməni əsirləri ilə bağlı qərar qəbul etdiyini bildirib. Qətnamədə deyilir:
“Xarici işlər nazirinin müavini Martin Poveyşilin əsaslandırmasına, Yirji Kobza tərəfindən göndərilən inkişaflar barədə məlumata və mübahisədən sonra Xarici Əlaqələr Komitəsi 2021-ci il 19 martda Human Rights Watch tərəfindən Azərbaycan təhlükəsizlik və silahlı qüvvələrinin, erməni əsirlərinə qarşı şiddət tətbiq etdiklərini, əsir götürəndə, köçürəndə və ya müxtəlif həbsxanalarda saxlanması zamanı onlara işgəncə verildiyini bildirildiyini nəzərər alaraq:
I. Münaqişə zamanı və ondan sonra əsir götürülmüş bütün erməni hərbi əsirlərin və mülki girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır və Azərbaycanı gələcəkdə özbaşına həbsdən çəkinməyə çağırır. Münaqişə tərəflərini hərbi əsirlərin, girovların, digər saxlanılanların, eləcə də silahlı qarşıdurma zamanı həlak olan şəxslərin cəsədlərinin mübadiləsini nəzərdə tutan 2020-ci il 9 noyabr tarixli üçtərəfli atəşkəsi tam hörmət etməyə çağırır.
II. Son müharibə zamanı Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda baş verən şiddətə görə təəssüflənir; qurbanlara və ailələrinə həmrəyliyini bildirir; insanların daha çox əziyyət çəkməsinə, insan itkisinə və məhvinə səbəb olan atəşkəsin pozulmasına görə təəsüflənir; mülki insanlara qarşı edilən bütün hücumları qınayır; dövlətlərin beynəlxalq humanitar hüquqlara uyğun olaraq mülki şəxslərin həyatını qorumaq məcburiyyətində olduqlarını xatırladır.
III. Azərbaycan Hökuməti tərəfindən silahlı münaqişə kontekstində əsirlikdə olan bütün şəxslərin tam siyahısını təqdim edilməsini, onların olduğu yerlər, sağlamlıqları, o cümlədən əsirlikdə öldürülənlər haqqında məlumat verilməsini zəruri hesab edir;
IV. Erməni əsirləri məsələsində Azərbaycan Hökumətinin Avropa İnsan Haqları Məhkəməsi ilə tam əməkdaşlıq etməsini zəruri hesab edir;
V. Çex Respublikası Hökumətindən Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində yuxarıdakı ruhda hərəkət etməsini xahiş edirik”.