ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Ermənistana səfər etdi.
O qeyd etdi ki, 44 günlük müharibə nəticəsində əsir götürülmüş, saxlanılmış şəxslər azad edilməlidir.
“ABŞ hökuməti dəfələrlə vurğuladı ki, bütün əsirlər azad edilməlidir və evlərinə dönməlidir. Unutmamalıyıq ki, bu münaqişə insanları təsir etdi. Xatırlamaq lazımdır ki,söhbət hər iki tərəfdə olan insanlar haqqında, insanların övladları, həyat yoldaşları, valideynlər haqqındadır, tutulanların hamısını azad edilməsini görmək istəyirik, münaqişənin sonunu və münaqişənin hərtərəfli həllini görmək istəyirik.
Bu, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq illərdir dəstəklədiyi şeydir”,- deyə Riker “Azatutyunya” müsahibəsində bildirdi.
Riker vurğuladı ki, erməni əsirlərin geri qaytarılması məsələsi Bakıda da qaldırdı. Katib Blinken bildirdi ki, bütün saxlanılan şəxslər azad olunmalıdır.