Ermənistanda işgüzar səfərdə olan ABŞ Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker “Azatutyun”-a mayın 2də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə zorla daxil olunmasında və sərhəd gərginliyinə toxunub.
“Vaşinqtonda ABŞ hökumətinin bəyanatında mövqeyimizi çox açıq şəkildə bildirdik. İstərdik ki, tərəflər 11 may mövqelərinə çəkilsinlər. Sonra sərhədlərin demarkasiyasını görmək istəyirik, ancaq münaqişənin tamamilə həll edilməsi üçün qoşunların geri çəkilməsi daha vacibdir",- deyə Riker bildirdi.
Riker Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi barədə təklifinə də toxundu.
“Müəyyən sülhməramlı mexanizm və ya müşahidəçilər barədə danışıqlar illər ərzində ATƏT-in Minsk Qrupu prosesinin bir hissəsi idi. Prosesə qayıtmamız və münaqişənin sonunu necə dəstəkləyə biləcəyimizi görməmiz çox vacibdir. Həmsədrlər hər iki tərəflə çalışaraq yaradıcı ola bilərlər”,-deyə Riker bildirdi.
Riker Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşünə əhəmiyyət verib. Tərəflər görüş zamanı Qarabağ münaqişəsini müzakirə etdilər. O vurğuladı ki, ABŞ Ermənistanı dost bir ölkə kimi qəbul edir.