ER Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ABŞ Prezidenti Co Bayden Erməni Soyqırımının rəsmi tanınması və qınanması mesajına təşəkkürünü bildirdi.
Nikol Paşinyan qeyd etdi ki, Erməni Soyqırımının tanınması və qınanılması regional təhlükəsizlik üçün vacib amildir, çünki son 100 ildə erməni xalqının təhlükəsizlik çağırışları dəyişməyib.
Artsaxa qarşı balanılan 44 günlük müharibə göstərdi ki, bu müharibədə Erməni Soyqırımının təşkilində və həyata keçirilməsində iştirak edən eyni aktyorlar iştirak edirdi.
Həmsöhbətlər bölgədəki vəziyyətə də toxunublar. Hər iki tərəf ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolunun vacibliyini vurğuladı.
Artsax məsələsi kontekstində Nikol Paşinyan vurğuladı ki, Ermənistan tərəfinin mövqeyi odur ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında sülh prosesi çərçivəsində həll olunmaldıır.
Nikol Paşinyan, həmsöhbətin diqqətini hərbi əsirlərin, girovların və əsirlikdə olan digər şəxslərin geri qaytarılması və Azərbaycan silahlı birləşmələrinin Ermənistan Respublikasının suveren ərazilərindən dərhal geri çəkilməsinin zəruriliyinə yönəltdi.