ABŞ-ın Yerevandakı səfirliyindən verilən məlumata əsasən, ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Ermənistana gəlib.
Məlumatda deyilir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikeri Ermənistanda hökumət, vətəndaş cəmiyyəti və iş sahəsinin nümayəndələri ilə görüşüb ikitərəfli prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcəkdir.