ER Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Artak Davtyan Rusiyanın Sankt-Peterburq şəhərində MDB üzv ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin açıqlamasına görə Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Rusiya, Tacikistan hərbi qurumlarının, habelə MDB Müdafiə Nazirləri Şurası katibliyi nümayəndələrinin iştirak etdiyi tədbir zamanı dünyadakı hərbi-siyasi vəziyyətə və qarşılıqlı hərbi əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.