Avropa İnsan Haqları Məhkəməsi, Türkiyəni Zaman qəzetinin müxbiri Əli Bulaçın işi üzrə günahkar elan etdi. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına görə, Türkiyə jurnalistin hüquqlarını pozdu, bunun üçün sonuncusuna 12 240 avro mənəvi təzminat ödəmək məcburiyyətindədir.
Əli Bulaç 2016-cı il iyulun 31-də çevriliş cəhdindən sonra həbs olunmuşdu və 2018-ci ilin may ayında sərbəst buraxılmışdı.
Ancaq məhkəmə onu 2018-ci il iyul ayında yenə "silahlı terror qruplaşmasının üzvü olmaq" ittihamı ilə 8 il 9 ay həbs cəzasına məhkum etmişdi. 2020-ci il sentyabr ayında Kassasiya Məhkəməsi alt məhkəmənin qərarını ləğv etmişdi, lakin 2021-ci ilin aprel ayında məhkəmə prosesi yenidən başlanmışdı.