7-8 iyun tarixlərində Lüksemburqda səfərdə olan səfir Tigran Balayan, Lüksemburq Kardinalı Jan Klod Holeriş, YUNESKO-nun Milli Komissiyasının sədri Simon Bek, Xarici İşlər Nazirliyinin, parlament fraksiyalarının, siyasi qüvvələrin nümayəndələri ilə görüşdü.
Holerişlə görüşdə iki xalq arasındakı xristian kimliyinə və dostluq əlaqələrinə toxunuldu. Həmsöhbətlər, Erməni Apostolik və Lüksemburq Katolik Kilsələri arasındakı təmasları dərinləşdirmək və ortaq təşəbbüslərlə çıxış etməkdə qarşılıqlı maraqlardan bəhs etdilər.
YUNESKO Komissiyasının sədri ilə görüşdə səfir Balayan Azərbaycanın Artsaxda törətdiyi müharibə cinayətləri, bunun nəticəsində Azərbaycanın nəzarəti altında olan ərazilərdəki erməni dini və mədəni abidələrinin tamamilə və ya qismən məhv edilməsi barədə ətraflı məlumat verib.