"Jurnalistlər üçün ədalət" Fondu (JFJ) və onun postsovet məkanında media işçilərinə hücumların monitorinqi üzrə tərəfdaşları beynəlxalq təşkilatları və bütün ölkələrin hökumətlərini həbs edilmiş bütün jurnalistlərin tezliklə azad olunması üçün maksimum səy göstərməyə, onların həbsdə hüquqlarının amansızcasına pozulmasına aon qoyulmasına nail olmağa çağırırlar.
Fondun mütəxəssislərinə görə, Azərbaycan, Belarusiya, Rusiya, Türkmənistan və Özbəkistandan olan ən azı 84 media işçisi azadlıqdan məhrumetmə yerlərində və ya ev dustaqlığında məhkəməni gözləyir, yaxud artıq uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, düşərgələrdə və həbsxanalarda saxlanılır.
Dövlətlərin bu cür hərəkətləri qeyri-demokratikdir və eyni zamanda iki fundamental insan azadlığını – azadlıq hüququnu (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsi) və ədalətli və əlverişli əmək şəraiti hüququnu pozur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsi) pozur.
Bu jurnalistlər də öz peşə vəzifələrini yerinə yetirdiklərinə - baş verənlər haqda ictimaiyyəti obyektiv və müstəqil şəkildə məlumatlandırdıqlarına görə azadlıqdan məhrum ediliblər.
Fonddan verilən məlumata görə, 8 iyun 2021-ci il tarixinə olan vəziyyətə görə, həbsdə olan media işçilərinin siyahısı verilib: Aslan Qurbanov (blogger), Əfqan Sadıqov (Azel.Tv-nin rəhbəri), İbrahim Türksoy (blogger), Polad Aslanov (təsisçisi Xeberman.com), Elçin Həsənzadə (blogger), Elçin Məmməd (“Yüksəliş naminə” veb saytının baş redaktoru, hüquq müdafiəçisi).