KTMT Baş katibi Stanislav Zas bildirib ki, KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti xüsusi diqqətlə izləyir.
“Vəziyyət getdikcə sabitləşir. Mühüm olan odur ki, Dağlıq Qarabağda artıq atışma yoxdur”,-deyə Zas KTMT forumunda bildirib.
KTMT Baş katibi həmçinin qeyd edib ki, Ermənistanın Syunik bölgəsinin sərhədyanı rayonlarındakı vəziyyəti də diqqət mərkəzində saxlayır.
“Tərəflərin sərhəd məsələlərini sülh yolu ilə həll etmək niyyətini alqışlayırıq. Biz uzunmüddətli sülhun prespektivi görürük. Eyni zamanda, vəziyyəti gərginləşdirən risklər hələ mövcuddur”,-Zas qeyd etdi.