ABŞ prezidenti Co Bayden NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.
Bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.
O, qeyd edib ki, dövlət başçılarının görüşündə Dağlıq Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.