Musavat partiyasının başqanı Arif Hacılı iyunun 4-də Qarabağda azərbaycanlı jurnalistlərin minaya düşərək ölməsinə toxunub və bunun üçün Azərbaycanda bütün səlahiyyətləri təkbaşına mənimsəmiş İlham Əliyevi ittiham edib. A. Hacılı öz “Facebook” səhifəsində yazı dərc edərək xüsusilə qeyd edib ki, 7 aydır minaya düşüb həlak olanların sayı azalmır və bunun üçün hakimiyyət də, məsuliyyət də bölünməlidir.
“Başımıza gələn bütün müsibətlərə, həmçinin bu gün iki jurnalistimiz və başqa vətəndaşlarımızın həlak olmasının məsuliyyəti də şəxsən İlham Əliyevin üzərinə düşür”- deyə o vurğulayıb.
Musavat partiyasının başqanının bu bəyanatı Azərbaycan daxili siyasətində qızğın müzakirələrə səbəb olub. Xüsusilə, bu gün Azərbaycanın Milli Məclisində bir sıra deputatlar Arif Hacılını təndiq edib.