Fransanın “Transénergie” şirkətinin nümayəndələri Ermənistana səfər ediblər. Bu barədə Fransanın Ermənistandakı səfiri Conatan Lakot bildirdi.
Ermənistanın bərpa olunan Enerji Fondu Fransanın “Transénergie” şirkəti ilə birgə Ermənistanda ilk günəş üzən stansiyanın inkişafı proqramını həyata keçirir.
Layihənin işləri ilə yerindəcə tanış olmaq üçün Fransanın “PJN-Consalting” şirkətinin nümayəndəsi Filip Jan Ermənistana səfər etdi.
Layihə çərçivəsində Ermənistandakı mövcud su anbarlarının və bunların üzərində üzən günəş stansiyalarının tikilməsinin və istismarının texniki və maliyyə məqsədəuyğunluğunun öyrənilməsi planlaşdırılır. Bundan sonra təxminən 150 kVt gücündə pilot üzən günəş stansiya tikiləcək.