İyunun 7-də səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədində - Geğarkunik bölgəsinin Verin Şorja (Yuxarı Şorja) kəndinin sərhədyanı hissəsində növbəti dəfə mühəndislik işləri aparmağa cəhd etdilər. Bu barədə ER Müdafiə Nazirliyi məlumat verib.
Erməni bölmələri bu işlərin dərhal dayandırılmasını və mühəndislik avadanlığının çəkilməsini tələb edərək cavab tədbirləri görüblər. Sonra isə işlər dayandırıldı və avadanlıq sərhədin Azərbaycan hissəsinə aparıldı.