Britaniya şahzadəsi Harri və onun xanımı Meqan Marklın 4 iyun tarixində ikinci dəfə övladları dünyaya gəlib.
Taxt-tac varisliyi növbəsində səkkizinci yeri tutan qız uşağı Şahzadə Harri və Meqan Marklın bir ildən çox yaşadıqları Santa-Barbara (Kaliforniya) xəstəxanasında dünyaya gəlib. “Həm ana, həm də körpə hazırda yaxşıdırlar, artıq evdədirlər”, - məlumatda belə deyilir.
Uşağa Böyük Britaniya kraliçası II Elizabetin (məhdud ailə dairəsində onu Lilibet deyə çağırırlar) və Şahzadə Harrinin anası Şahzadə Diananın (1961-1997) şərəfinə bu ad verilib.
Hazırda Şahzadə Harri və xanımı Santa-Barbara şəhərində yaşayırlar. Cütlüyün 6 may 2019-cu il təvəllüdlü Arçi adında bir oğlu da var.