NATO Baş katibi Yens Stoltenberq Rusiya ilə görüşməyə çağırdı. O, NATO-Rusiya Şurasının iclasının 19 aydır keçirilmədiyini qeyd etdi.
Bu barədə o, “Die Welt” qəzetinə verdiyi müsahibəsində bildirib:
“Biz Rusiya hökumətini bir il əvvəl iclasa dəvət etmişdik, lakin müsbət cavab almadıq. Top indi Rusiyadadır. Yaxın gələcəkdə Moskvanı bir daha Rusiya-NATO Şurasının iclasında iştirak etməyə dəvət edirəm. NATO və Rusiyanın ortaq maraqlarına cavab verən bir çox müzakirə mövzumuz var”,-Stoltenberq deyib.