Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano əsirlərin sərbəst buraxılması məsələsi ilə bağlı paylaşım edib.
Aİ rəsmisi bildirib ki, mina partlayışları nəticəsində mülki itkilərin qarşısı alınmalıdır və ərazilərin minalardan təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi həyata keçirilməlidir.
Aİ rəsmisi Azərbaycan və Ermənistanı humanitar məsələləri, o cümlədən əsirlərin sərbəst buraxılması məsələsini həll etməyə çağırıb.