ER Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən erməni hərbi əsirlərin təqibə məruz qalması barədə bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, mayın 25-də Ermənistan Respublikası Xarici İşlər Nazirliyi, Artsaxa qarşı Azərbaycan tərəfinin son təcavüzü zamanı əsir düşmüş Lyudvik Mkrtçyan və Alyoşa Xosrovyana qarşı rəsmi Bakının cinayət təqibini kəskin şəkildə pislədi.
XİN vurğulayır ki, Azərbaycan humanitar hüquq normaları, xüsusən də Hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasını pozmağa davam edərək, əsir düşmüş daha 14 erməni hərbi qulluqçuya qarşı saxta cinayət təqibi başladıldı, buysa 2020-ci il 9 noyabrın üçtərəfli bəyanatıyla nəzərdə tutulmuş razılaşmaları pozur.
“16 erməni hərbçisinə qarşı açılan cinayət işləri, habelə digər erməni hərbi əsirlərə və girov götürülmüş mülki şəxslərə edilən işgəncə və psixoloji təzyiqlər beynəlxalq hüququn təhlükəli şəkildə pozulmasının presedentidir. Aydındır ki, Azərbaycan əsirlərdən siyasi girov kimi istifadə edir.
Rəsmi Bakı, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanda əsirlikdə saxlanılan erməni hərbçilər və mülki şəxslər barədə məlumat verməklə bağlı müvafiq qərarlarına açıq şəkildə məhəl qoymur.
Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına baxmayaraq, Azərbaycan onlarla erməni hərbçi və mülki şəxsin tutulmasını inkar edərək əsirlərin həqiqi sayını gizlətməyə davam edir. Üstəlik, Azərbaycanda əsirlikdə olan şəxslərlə bağlı bir sıra sübutlara, videolara və vətənə qayıtmış əsirlərin ifadələrinə baxmayaraq, Azərbaycan bunu inkar edir və bu bir sıra ağır cinayətlərə dair şübhələri artırır.
Azərbaycanda saxlanılan erməni hərbi əsirlər və mülki şəxslər ən qısa müddətdə azad edilməli və heç bir şərt qoyulmadan vətənə qaytarılmalıdır”,-bəyanatda deyilir.