Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dünən, iyunun 3-də, Ermənistan Respublikası Hökümətinə bildirmişdi ki, cari ilin iyunun 1-də və 2-də Azərbaycan, Ermənistan Respublikası tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməsi tələbi ilə AİHM-ə müvəqqəti tədbirin tətbiq edilməsini tələb edb və dövlətlərarası şikayət göndərib. Məlumat ER-nin AİHM-dəki nümayəndəsinin Facebook səhifəsində yayımlanıb.
Avropa Məhkəməsi Azərbaycan tərəfindən verilmiş bu dövlətlərarası şikayətə bu il yanvar ayında AİHM-ə verilən dövlətlərarası şikayətin ayrılmaz hissəsi kimi baxıb. Beləliklə, Avropa Məhkəməsi baxılan hökumətlərarası şikayəti yeni, müstəqil bir şikayət kimi qəbul etməyib.
Qeyd edək ki, öz növbəsində, bu ilin may ayının əvvəllərində Ermənistan hökuməti Avropa Məhkəməsinə 2021-ci il fevralın 1-də Ermənistan Azərbaycana qarşı AİHM-ə göndərilən dövlətlərarası şikayətə düzəlişləri təqdim edərək yeni tələblər və yeni dəlillər əlavə edib.
Azərbaycan tərəfinin müvəqqəti tədbir tələb etməsinə gəlincə, Avropa Məhkəməsi Azərbaycan Hökumətinə bildirib ki, bu ilin martın 5-də Avropa Məhkəməsi Məhkəmənin 39-cu qaydası, yəni müvəqqəti tədbirin çərivəsində olmaması səbəbi ilə eyni mövzuda tələbi rədd etməklə bağlı qərar verib. Avropa Məhkəməsi vurğulayıb ki, 5 Mart 2021-ci il tarixli qərar hələ də qüvvədədir, eyni mövzuda yeni bir qərar verilməsinə ehtiyac yoxdur.