“Sərhədsiz Reportyorlar" Azərbaycan prezidenti İlham Əliyevi Fransada siyasi mühacir statusuna malik bloger Məhəmməd Mirzəliyə qarşı bütün təhdidlərə və zorakılığa son qoymağa çağırıb. Məlumatı “Turan” agentliyi yayıb.
Ötən ilin mart ayında o, Nant şəhərində çoxsaylı bıçaq yarası alıb, lakin ona ölkə rəhbərliyini tənqidinə görə onu hədələməyə davam edirlər.
İyunun 2-də naməlum şəxs blogerin yaşadığı evə girməyə cəhd etsə də, Mirzəli polis çağırarkən qaçıb. Bir gün öncə Mirzəli avtomobilinin pəncərəsinin sındırıldığını və içəridə hədə-qorxu dolu bir kağız qoyulduğunu görüb.
"Onlar məni öldürmək istəyirlər", - Mirzəli deyib və əlavə edib ki, o, artıq rahat yata bilmir, baxmayaraq ki, öz mənzilinin qapılarını möhkəmləndirib.
Naməlum şəxslər onun mobil telefonuna təhdidlər göndərməyə davam etsələr də, o, özünün YouTube-dakı "Made in Azerbaijan" kanalında tənqidi videolar yerləşdirməyə davam edir.
Fransada Mirzəlinin həyatı təhlükədədir, çünki o, İlham Əliyev rejimini, onun xanımı Mehriban Əliyevanı açıq şəkildə tənqid edir, “Sərhədsiz Reportyorlar”ın baş katibi Kristof Deluar qeyd edib.