İyunun 4-də saat 11:00-a olan məlumatlara görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 223 050-ə çatıb, 214 059 nəfər sağalıb, 4452 nəfər vəfat edib. Hazırda ölkədə 3 942 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 1096581 test aparılıb.
Ermənistanda daha 72 nəfər COVİD-19-a yoluxub, 246 nəfər sağalıb.
Əvvəlki gün 1 ölüm hadisəsi qeydə alınıb, lakin ölüm başqa xəstəlik səbəbindən olub. Bu cür hadisələrin ümumi sayı 1088-dir.