İyunun 4-də "Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq siyasi motivlərlə həbs edilmiş və mühakimə olunmuş şəxslərin yeni siyahısını açıqlayıb.
İttifaqın koordinatoru Elşən Həsənov “Turan”a bildirib ki, yenilənmiş siyahıda 121 nəfər var.
Aprel ayının əvvəlində açıqlanmış öncəki siyahıda 111 soyad olub. O vaxtdan siyahı 121 nəfərə qədər artıb.
"Azərbaycanda siyasi məhbuslarla bağlı problem həll edilmir, onların sıraları mütəmadi olaraq genişlənir. Avropa Şurasının üzvü olan kiçik ölkə üçün 120 - dən artıq siyasi məhbus böyük rəqəmdir", - Elşən Həsənov bildirib.