Bu gün Kəlbəcər (Karvaçar) rayonunda avtomobilin tank əleyhinə minaya düşərək partlaması nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyi və Baş Prokurorluq məlumatı təsdiqləyiblər.
AzTV- nin məlumatına görə, jurnalistlər Susuzluq kəndinə gedirmişlər.