ABŞ prezidenti Co Bayden kleptokratiyaya qarşı qlobal mübarizəyə birbaşa təsir göstərə biləcək yeni addım haqda bildirib.
"Korrupsiya milli təhlükəsizliyimiz üçün riskdir və biz bunu dərk etməliyik", - Bayden deyib və hökumət qurumlarına korrupsiyalaşmış subyektlərə qarşı mübarizənin gücləndirilməsi yollarının nəzərdən keçirilməsini, onların məsuliyyətə cəlb edilməsini, avtoritar rejimlərin qanunsuz maliyyələşməsinə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini tapşırıb.
Gələn həftə qanunvericilərin ikipartiyalı qrupu Konqresdə xarici korrupsiya və kleptokratiyaya qarşı yeni fraksiya yaratmaq niyyətindədir.
Ağ Evin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar "müttəfiqləri, vətəndaş cəmiyyəti və özəl sektorla tərəfdaşlıq şəraitində bu fəlakətlə mübarizədə nümunə göstərəcək".