ATƏT Baş katibi Helga Maria Şmid ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşdü. Bu barədə Helga Maria Şmid tviter mikrobloqunda yazıb.
“ATƏT-in Minsk qrupu həmsədrləri və şəxsi nümayəndəsi Kasprşik ilə ilk dəfə görüşdüyüm üçün şadam. Onların davamlı səylərini və iştiraklarını tamamilə dəstəkləyirəm”,-Şmid qeyd etdi.