KTMT Ermənistanda “İldırım-2021” xüsusi hərbi təlimini keçirəcək. “İnterfaks”-a əsasən, bu barədə KTMT mətbuat katibi Vladimir Zaynetdinov bəyan edib.
"Hərbi təlimlər çərçivəsində zirehli texnika, xüsusi texnika, aviasiya, pilotsuz uçuş aparatları və axtarış itləri istifadə edilərək iki mərhələli praktik əməliyyatlar hazırlanacaq"- deyə o qeyd edib.
Zaynetdinov həm də əlavə edib ki, 1-3 iyun tarixlərində KTMT-nin Çevik Reaksiya Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan təlimlərə hazırlıq məqsədilə Ermənistanda qərargah danışıqları aparılıb.