“RİA Novosti”yə əsasən, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN rəsmi nümayəndəsi qeyd edib ki, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətin nizamlanması üçün hər gün iş aparılır.
“Xarici işlər nazirləri arasında danışıqlar və məsləhətləşmələr aparılır. Xarici işlər nazirlikləri və səfirliklərin xətti ilə biz gündəlik qarşılıqlı fəaliyyətdəyik. Həm Rusiya-Azərbaycan, həm də Ermənistan xətti ilə xarici siyasət idarələri rəhbərlərinin telefon danışıqları barədə məlumatlar mütəmadi olaraq dərc olunur. Ölkəmiz bu vəziyyətin həlli üçün çox böyük səy göstərir"- deyə Maria Zaxarova qeyd edib.
O vurğulayıb ki, söhbət təkcə siyasi səylərdən deyil, həmçinin diplomatik, habelə ölkə rəhbərliyinin şəxsi səylərindən gedir.