Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko iyunun 3-də Bakıya gədib, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rudenkonun Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla məsləhtələşmələri keçirilib. Görüşün əsas mövzusu ikitərəfli strateji tərəfdaşlıq məsələləri olub.
Tərəflər bölgədəki mövcud vəziyyət və son inkişaflar barədə fikir mübadiləsi aparıblar. Digər mənbələrin verdiyi məlumata görə, Rudenko Bakıda keçirilən görüşdə dünənMoskvada keçirilmiş üçtərəfli danışıqlar zamanı müzakirə olunan məsələlərə toxunub.
Qeyd edək ki, dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib. Danışıqların mövzusu Ermənistan-Azərbaycan sərhədində vəziyyət olub.