Artsaxın Karmir Şuka kəndində yeni yaşayış məhəlləsi inşa olunur. Birinci mərhələdə127 evin inşası planlaşdırılır.
Evlər Tağavardan didərgin düşmüş ailələrə veriləcək. 44 günlük müharibə ərzində Azərbaycan kəndin demək olar yarısını işğal etdi. Bu təcavüz səbəbindən 600 -dən çox vətəndaş evini itirib.
Mənzil proqramı “Hayastan” ümumerməni fondu tərəfindən həyata keçirilir. Hər bir ev üçün 1200 kvadratmetr torpaq sahəsi veriləcək.
Artsaxın Şoş kəndində də mənzil proqramları planlaşdırılır. Müharibədən sonra Şoş sərhəd kəndi olub, burada hər gün atəş səsləri eşidilir.
Artsaxın Şoş kəndinin icra hakimiyyət başçısı qeyd etdi ki, səslər hər gün eşidilir.
Yaxın vaxtlarda Karmir Şuka-Şoş yolu videokameralarla təchiz ediləcək.