Azərbaycan Müdafiə nazirliyi, bu gün Ermənistan tərəfini sərhədini pozmaqda günahlandırmağa çalışaraq bəyanat yayıb və iddia edilən hadisənin yerini göstərib.
“İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar”- deyə Azərbaycan MN bəyanatında qeyd olunub.
Orbeli analitik mərkəzinin eksperti Taron Hovhannisyan öz “Facebook” səhifəsində Ermənistana qarşı ittihamların yalan olduğunu sübut edən foto yayımlayıb.
“Azərbaycan MN bu gün iddia edilən hadisənin yerini göstərərək Ermənistan tərəfini sərhədini pozmaqda günahlandırmağa çalışdı. Azərbaycan Müdafiə Nazirliyinin saxta koordinatları şəklin ümumi planında qırmızı nöqtə ilə qeyd olunur. Əslində bu istiqamətdəki Azərbaycan mövqeləri Ermənistan Respublikası ərazisinin dərinliklərindədir. Bu mövqelərin fotoşəkilləri və onların coğrafi yerləşməsi təqdim olunur”- deyə Hovhannisyan qeyd edib.