ATƏT-in Minsk qrupu həmsədrləri iyunun 2-də Avstriya paytaxtı Vyanada Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəklər.
Bu barədə Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç iyunun 1-də "Rossiya Seqodnya" BİA-nın təşkil etdiyi mətbuat konfransında bildirib.
ATƏT-ə gəlincə, daimi nümayəndənin fikrincə, təşkilat münaqişə tərəflərilə dil tapmağa çalışır və bu strukturun konkret rolunu təyin etmək hələ ki çətindir:
"Həmsədrlərdən yeni reallıqların və üç tərəfin birgə bəyanatlarının paradiqmalarına necə uyğunlaşacaqları barədə spesifik reseptlər gözləyirlər. Bu, qəliz məsələdir: mandat 1995-ci il martın 23-də verilib və bu münaqişənin həlli kontekstində səlahiyyətlər çevrəsini müəyyənləşdirib. Təəssüf ki, bunların heç biri istənilən nəticəni vermədi, baxmayaraq ki, həm Rusiyanın müdaxiləsi, həm də münaqişənin həlli – bu haqda Prezident Putin dəfələrlə, özü də kütləvi surətdə bəyan edib – ATƏT-in Minsk qrupunun həmsədrlərinin işləyib hazırladıqları həllərin bazasında əldə olunub”.
Ona görə də Lukaşeviç hesab edir ki, həmsədrlərin də, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də rolu vacibdir.
Eyni zamanda diplomat hesab edir ki, hazırda aparılan məsləhətləşmələr həm fikir yürütmək, həm də həmsədrlər və şəxsi nümayəndənin fəaliyyətləri üçün bir mənbədir: “Biz buna çox ümid edirik, Minsk qrupunda bu barədə danışılacaq. Bu, hər kəsə açıq diskussiya olmasa da, mümkündür ki, məsələ barədə hansısa birgə bəyanatlar verilsin”.