Artsax Respublikası prezidenti Arayik harutyunyan iyunun 1-də Askeran rayonunun Şoş və Saruşen, Martuni rayonunun Karmir Şuka və Tağavard kəndlərinə işgüzar səfərə getdi.
Şoş, Saruşen və Tağavard kəndlərində ölkə başçısı əhali ilə görüşüb, müharibədən sonrakı təhlükəsizlik və sosyal-iqtisadi vəziyyətlə bağlı məsələləri müzakirə edib.
Dövlət başçısı qeyd edib ki, yaxın gələcəkdə kəndlərdə müharibə nəticələrinin aradan qaldırılması və infrastrukturun bərpasına yönəlmiş tikinti işlərinin həcmi artırılacaqdır.
Arayik Harutyunyanın sözlərinə görə, cari ildə Artsax Respublikası hökuməti Karmir Şuka-Tağavard yolunun asfaltlanmasını, habelə Şoş-Saruşen yollarının bərpasını planlaşdırır.